Qarabağ erməniləri Bakıda növbəti görüşə dəvət edilir - PA
13 Mart 2023 11:25 SiyasətAzərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.
Olaylar.az bildirir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
"Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur", - məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31