Molla rejimi Azərbaycana qarşı hibrid müharibəni davam etdirir - ÖZƏL
13 Mart 2023 10:44 Siyasət"İranın Azərbaycanla sərhəd boyunca hərbi təyyarəsinin uçuş keçirməsi, ölkəmizə qarşı hərbi təhdiddir. Tehran molla rejimi Azərbaycana qarşı hərbi-kəşfiyyat, hərbi-təhdid və hibrid müharibəni davam etdirir. Tehranda Azərbaycan səfirliyinə qarşı terror aktı,ardınca, İran XİN rəhbərinin Ankarda ölkəmiz əleyhinə qarşı mesajları, bu gündə hərbi Təyyarə ilə ölkəmizi təhdid etməsinə ciddi cavab verməlidir"Olaylar"ın məlumatına görə, bunu deyən Milli Cəbhə Partiyası - MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, çox yaxın günlərdə İranın bu düşməncəsinə davaranışına cavab verilməlidir: "Yaxın günlərdə Tehran rejiminin cavabı veriləcək. İranın Azərbaycanı təhdid etməsi əsasən, ölkəmizin regionda yeni siyasi nizam yaratmasının qarşısnı almaq və öz təsir dairəsinə salmaqdır. Bu gün İranın bu hərbi təhdidi məhz Türkiyəyə də bir mesajdır. İranın Azərbaycana qarşı hərbi əməliyyatlar keçirməsi mümkün deyil. Bu,Tehran rejimin intiharına səbəb olar. İrana qarşı həmən koalisiya formalaşaraq hərbi və strateji obyektləri, siyasi-hərbi qərar verən mərkəzləri məhv edilə bilər. Azərbayacan İrana qarşı Güney Azərbaycanı qaldırmalı, oradakı soydaşlarımıza ciddi rəsmi dəstək verilməlidir. Təssüf ki, Güney Azərbaycanla bağlı məsələləri strateji xəttə çevirmirik. İranın bizə qarşı cürətində Güney Azərbaycanla bağlı strateji mövqeyimizin olmamasıda mühüm faktordur".