Ən son Azərbaycan axtarış-xilasetmə heyəti geri qayıdıb - Çavuşoğlu

Zəlzələ bölgəsindən ən son Azərbaycan axtarış-xilasetmə heyəti geri qayıtdı.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Malatyada keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, zəlzələ bölgəsinə ümumilikdə 90 ölkədən 11300 heyət gəldi.

"Artıq işlər bitdiyi üçün onlar ölkələrinə geri qayıtdı. Ən son Azərbaycandan gələn heyət qayıtdı. 32 səhra xəstaxanasından da hazırda 12-si fəaliyyət göstərir", - deyə M.Çavuşoğlu əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31