Kahramanmaraş vilayətində “Qardaş koməyi” məhəlləsi yaradılacaq

Fevralın altısında Türkiyədə baş verən zəlzələ nəticəsində dağıntıların yaşandığı 11 vilayətdən biri olan Kahramanmaraşın Türkoğlu rayonunda konteynerlərdən ibarət "Qardaş köməyi" məhəlləsi yaradılacaq.

Olaylar.az bildirir ki, bu barədə "Qardaş Köməyi" platformasından daxil olan məlumatda bildirilir.

"Azərbaycandakı QHT-lər də bir araya gələrək Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım göndərmək üçün təşkilatlandılar. Azərbaycan Sahibkarlar Konfederasiyası, MÜSİAD Azərbaycan, Azərbaycan Türkiyə İş Adamları Birliyi, Gəncliyə Yardım Fondu, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi, KOBİA və digərləri bir araya gələrək, "Qardaş Köməyi" platformasını qurdular" - deyə platformadan daxil olan məlumatda qeyd olunur.

Məlumatda o da qeyd edilir ki, indiyədək əraziyə 100 konteyner, min ton ərzaq, 200 generator, 155 çadır, 2 xəstəxana çadırı, 22 ton dərman və tibbi ləvazimat göndərilib.

"Türkiyədəki zəlzələdən əziyyət çəkən qardaşlarımıza Azərbaycandan bundan sonra da yardım göndəriləcək" - deyə məlumatda qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31