Saxta hesabat nəyə əsaslanıb?

"Freedom House" əslində çox gözəl bilir ki, bizim "Media haqqında" qanunda xarici onlayn platformalar qarşısında​ yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmək öhdəliyi qoyulmayıb. Bilir, amma özünün saxta hesabatında​ tam əksini qeyd edir ki, öz torpaqlarını işğaldan qurtaran Azərbaycanı "işğalçı" adlandıran bir təşkilatdan bu, tam gözləniləndir. Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,
elə bu saxta hesabatda da məqsəd odur ki, dolayısıyla dünyaya "işğalla üzləşən demokratik düşüncəli" hayların Azərbaycanın tərkibində yaşaya bilməyəcəyi aşılansın.
Bu, təzə metod deyil. Torpaqlarımız işğal altında olanda da,​ başında hərbi xuntanın durduğu Ermənistanı da bizdən daha demokratik təqdim etməklə bunu görməzdən gəlmələrinə haqq qazandırmaq istəyirdilər. Sonra işğal​ müddətində altı-üstünə çevrilmiş şəhər və kəndlərimiz göstərdi onların necə demokratik olduqlarını. "Demokratik" hay xuntası bizim bütün tikililəri daşınacan sökərək, özlərindən də "demokratik" olan İrana satmış, yaxud da nəyinsə qarşılığında ötürmüşdülər.
Yaxşı,​ tutaq ki, haylar dünyanın hətta ən qədim demokratik xalqdır və bu üzdən də "Freedom House"un qara siyahısındakı Azərbaycanda yaşaya bilməzlər. Bəs görəsən,​ həmən təşkilatla arxasındakı çevrələr demokratiyanın fəvvarə vurduğu Ermənistandan qovulan yüz minlərlə azərbaycanlılar haqqında nə düşünürlər?​
Yaxşı olmazmı ki, yurd yerlərinə dönüşlərinə şərait yaradılsın, onlar da haylar kimi Ermənistanın bol demokratik havasından udsunlar.
Demokratiya bizə yaxınlaşmır, yaxınlaşmasın, bir məsəldə deyildiyi kimi onda qoysunlar biz demokratiyaya yaxınlaşaq, razıdırlarmı?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31