Azərbaycan və yəhudi xalqlarını tarixi birgəyaşayış telləri birləşdirir
11 Mart 2023 11:50 Siyasət
"Azərbaycan və yəhudi xalqlarını tarixi dostluq və birgəyaşayış telləri birləşdirir. Dövlətlərimiz arasında da əməkdaşlıq inkişaf edi". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlınım sözlərinə görə, X Qlobal Bakı Forumu çərçivəsində, martın 9-da Prezident İlham Əliyevin İsrail Dövlətinin keçmiş Baş naziri Ehud Olmerti, martın 10-da isə kəşfiyyat naziri Gila Gamlieli qəbul etməsi uzun illərdən bəri iki ölkə arasında münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi prosesinin tərkib hissəsidir: "Bundan əvvəl, fevral ayında İlham Əliyev Münxen təhlükəsizlik konfransı zamanı İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşmüşdü.
Son bir neçə ayda görülən işlər - səfirliyimizin dost ölkədə açılması, müdafiə naziri ilə Münxendə görüş, keçmiş Baş nazirin və kəşfiyyat nazirinin Bakıda qəbul edilməsi bir çox mətləblərdən xəbər verir. Dost dövlətlərin və xalqların bərabər hərəkət etmələri bir sıra problemlərin həllinə kömək edəcək.