Qərb forpost axtarışına çıxıb

 

"Prezident​ İlham Əliyev Azərbaycanla​ sülh anlaşmasından sonra Ermənistanın tam da olmasa, yarı müstəqil dövlətə çevrilmək şansı olduğunu bildirmişdi. "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumundakı çıxışında isə ermənistandakılardan danışarkən bunları dedi:​ "Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər". Olaylar xəbər verir ki, bunu deyən milli vəkili Sahib Alıyevin sözlərinə görə,
ABŞ və Avropa Birliyinin Qafqaz üzrə təmsilçilərinin regiona səfərlərindən az sonra dövlət başçımızın Ermənistan haqda dediyi bu sözlər məncə, qərbdəkilərin də bu regionda beynəlxalq normalara dayanan sülhdən çox forpost axtarışına çıxdıqlarının dolayı təsdiqidir. Və təbii ki, həm də onun təsdiqidir ki, Ermənistan özü də dövlət olmaqdansa,​ forpostluğa üstünlük verir. Ancaq​ indi bir neçəsinə birdən: "Əlbəttə,​ belə demək mümkünsə, poliandriyalığı Ermənistanı hələlik nələrdənsə sığortalasa da bu müvəqqətidir. Kim deyir ki, hazırda​ plasdarm gözündə görənlər, sabah onu bir-birinə qarşı poliqona çevirməyəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31