İrəvan nə istəyir?
11 Mart 2023 10:28 Siyasət
"Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın açıqlamaları göstərir ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəsə də, Qarabağ məsələsindən əl çəkmək niyyətində deyil". Olaylar xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, İrəvan istəyir ki:
- Qarabağdakı ermənilər ətrafında hərbiziləşdirilmiş zona yaradılsın, Ermənistanla əlaqə xətti saxlanılsın;
- Qarabağa beynəlxalq qüvvələr gəlsin, ermənilərin təhlükəsizliyini qorusun;
Yəni Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanısa da, məsələyə hüquqi problem olaraq baxılmasında maraqlıdır. Bu, Azərbaycan sərhədləri daxilində "erməni anklavının" beynəlxalq zəmanət altında yaradılması deməkdir.
Bakı bunu qəbul etmir və etməyəcək, lakin hazırda Qərbin vasitəçiliyi ilə ciddi kulis danışıqlarının getdiyi də görünür və danışıqların irəliləməsindən öncə Qarabağdakı separatçılara qarşı praktiki addımların atılması masada da əlimizi gücləndirə bilər.