Əmək Məcəlləsində dəyişiklik edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Qanuna Azərbaycan Respublikası Əmək Məcəlləsinin 220-ci maddəsinə aşağıdakı məzmunda 6-cı hissə əlavə edilib:

"6. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər.".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31