Rusiya Qarabağda yeni müharibə planlaşdırır? - ÖZƏL

"Rusiyanın Ermənistanın Qarabağ ermənilərini silahlandırmasına göz yumması siyasi riyakarlıqdan başqa bir şey deyil". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan "OLAYLAR"-a bildirilib ki, sülhməramlı kontingentin Qarabağa silah-sursat daşınmasına şərait yaratması, elə Rusiyanın bu prosesə qol qoyması deməkdir: "Azərbaycanla Ermənistan arasında gedən danışıqlar prosesində Qərbin, Avropanın moderatorluğunun müşahidə edilməsi, ən son Münhendə tərəflərin Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə bir araya gəlməsi Rusiyada normal qarşılanmayıb. Bu Cənubi Qafqazda Birləşmiş Ştatlar və Qərbin, Avropanın Rusiyanı regiondan sıxışdırıb çıxartması deməkdir. Ona görə də Kreml bunun qarşısını almaq və Qafqazda mövqeyini qoruyub saxlamaq üçün Qarabağda yeni bir müharibə planlaşdırır".
Analitik Qrup hesab edir ki, Ermənistan dərindən düşünsə və öz gələcəyini görə bilsə, Rusiyanın təxribatına getməz və müharibə variantına üstünlük verməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31