VI çağırış Milli Məclis cəmiyyətdəki yeni siyasi konfiqurasiyanın bariz nümunəsidir - ÖZƏL
10 Mart 2023 14:00 Siyasət"Martın 10-da VI çağırış Milli Məclisin fəaliyyətə başlamasından 3 il keçir. 2018-ci ilin aprel ayında Prezident İlham Əliyev xalqımız tərəfindən yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkəmiz üçün yeni inkişaf mərhələsi başladı. Prezidentin Administrasiyasında, Nazirlər Kabinetində aparılan islahatlar, eyni zamanda, yeni dövrün tələblərinə uyğun Milli Məclisin formalaşması ilə yekunlaşdı". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Gündüz Atakişiyev səsləndirib. Onun sözlərinə görə, bu gün əminliklə deyə bilərik ki, VI çağırış Milli Məclis daha dinamik şəkildə fəaliyyət göstərir və istər lokal, istərsə də qlobal səviyyədə çox mühüm işlər görür: "Belə ki, Milli Məclis deputatlarının Ermənistanın törətdiyi təxribatlar, mülki əhalimizi hücuma məruz qoyması, həqiqətlərimizin dünyaya çatdırılması ilə əlaqədar xarici ölkələrin parlamentlərinə göndərdiyi məktubları, mütəmadi təmasları Milli Məclisi beynəlxalq müstəvidə mühüm bir quruma çevirib. Başlanmış bu uğurlu siyasi xətt, ölkəmizi xarici ölkələrdə təmsil edən millət vəkilləri tərəfindən də layiqincə davam etdirilir".