Korrupsiyaya qarşı mübarizə mövzusunda beynəlxalq seminar keçirilib - ÖZƏL
10 Mart 2023 11:51 SiyasətBaş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzi tərəfindən Baş Prokurorluq, Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən əməkdaşlar üçün "Korrupsiyaya qarşı mübarizənin əsasları" mövzusunda onlayn beynəlxalq seminar keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Kamal Cəfərov məlumat verib: "Seminarda mühazirə deməyə Beynəlxalq Anti-Korrupsiya Akademiyasında müəllimim olan ABŞ-ın Yel Universitetinin hüquq üzrə fəlsəfə doktoru, professor Maykl Constonu dəvət etmişdim. İki saata yaxın keçirilən seminar maraqlı müzakirələrlə yadda qaldı. Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri kimi il ərzində 3 və ya 4 dəfə bu cür beynəlxalq seminarları təşkil etməyə çalışacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31