Lavrovun səfəri Azərbaycan-Ermənistan danışlqlarını intensivləşdirəcək? - ÖZƏL
28 Fevral 2023 12:16 SiyasətRusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri Bakı ilə İrəvan arasında danışıqlar prosesinin intensivləşdirilməsinə o qədər də ciddi təsir göstərməyəcək. Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında qeyd olunub. Analitik Qrupdan "OLAYLAR"-a bildirilib ki, Rusiya XİN rəhbərinin Azərbaycan səfəri daha çox Bakı ilə Moskva arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından əhəmiyyətli olacaq:
"Bildiyiniz kimi Lavrov Azərbaycan-Rusiya müttəfiqlik sazişinin bir illiyi ərəfəsində Bakıya gəlib. Səfər zamanı daha çox həmin saziş əsasında əlaqələrin daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılacaq".
Analitik Qrup hesab edir ki, hazırkı situasiyada Ermənistan daha çox Qərbə meyilləndiyi üçün Rusiyanın vasitəçiliyi, yaxud təşəbbüsü ilə keçirilən hər hansı bir görüşlər, danışıqlara maraq göstərmir: "Ona görə də Lavrovun Bakı səfərinin Azərbaycan-Ermənistan danışıqları, görüşlərinə ciddi bir təsir göstərəcəyi, bundan sonra tərəflər arasında kieçirilən görüşlərin intensivləşəcəyi o qədər də real görünmür".