Azərbaycanın dəhlizlə aparılan yüklərə nəzarət etmək hüququ nəzərə alınır - Deputat
24 Fevral 2023 11:39 Siyasət"Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Laçın yolunda sərbəst hərəkətin təmin etməsini nəzərə alır. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bəyanatları göstərir ki, Ermənistan Laçın yolunda şəffaf fəaliyyətin tərəfdarı deyil". "Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov bildirib. "Mirzoyan yəqin ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarını oxuyanda artıq başa düşüb ki, Azərbaycanın dəhlizlə aparılan yüklərə nəzarət etmək hüququ nəzərə alınır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31