Parlamentdə sənədsiz evlərdə yaşayanların qeydiyyat problemi qaldırıldı
24 Fevral 2023 11:38 Siyasət"İnsanlar Bakıda polis şöbələrində qeydiyyatdan çıxarılır, deyilər ya doğuldunuz yerı qayıdın, ya da Bakıda qohumlarınızın evində daimi qeydiyyata düşün. Hesab edirəm ki, bu, gələcəkdə çoxsaylı mülki problemlərin ortaya çıxmasına səbəb olacaq". "Olaylar" məlumat verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib: Aydındır ki, sənədsiz evlərdə, gecəqondularda yaşayan çoxlu sayda insan var. Elə bir qayda tətbiq edilməlidir ki, hüquqi əsas yartmasın. Vətəndaşı necə çölə ata bilərsən ki, get, Bakıda yaşamaq hüququnun mülkiyyətində qeydiyyata düş. Heç olmasa, qohumlarının evində müvəqqəti qeydiyyat və başqa yollarla bu məsələnin həllinə nail olmaq lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31