Xocalı soyqırımını bizə təkcə ermənilər deyil, ruslar da yaşadıb - ÖZƏL
24 Fevral 2023 11:16 Siyasət"İki gün sonra Xocalı soyqırımının 31-ci ilini qeyd edirik. Təbii ki, bu soyqırımı törədən erməniləri yad edəcəyik. Bu, öz yerində. Amma rusları da unutmayaq lütfən". "Olaylar" xəbər verir ki, bunu media üzrə ekspert Azər Həsrət bildirib. Qeyd edib ki, Xocalı soyqırımını bizə təkcə ermənilər deyil, ruslar da yaşadıb: "Məhz Rusiyaya məxsus 366-cı motoatıcı alay bütün arsenalı və canlı qüvvəsi ilə o gecə Xocalıya hücumda iştirak edib. Məhz rusların dəstəyi hesabına ermənilər ümumiyyətlə Qarabağ savaşında üstünlük əldə edib. Ona görə də rusları da yaddan çıxarmayaq. Hə, bəziləri iddia edəcək ki, onlar Rusiyaya deyil, SSRİ-yə aid olub. Əsla aldanmayın! Çünki SSRİ adlanan dövlət 26 dekabr 1991-ci ildə rəsmən ləğv edilmişdi! Onun xələfi-varisi kimi Rusiya vardı! 366-cı alay da məhz Rusiyaya məxsus idi!"