Üçtərəfli görüşdə nələr müzakirə olunacaq? - ÖZƏL
24 Fevral 2023 09:53 SiyasətYaxın günlərdə Aİ şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan təmsilçilərinin növbəti görüşü baş tutacaq. Olaylar xəbər verir ki, bunu deyən palitoloq Zaur Məmmədovun sözlərinə görə, ehtimal ki, görüşdə Münhendə razılaşdırılmış məqamların detalları müzakirə ediləcək: "İstisna etmirəm ki, söhbət Azərbaycanla yerli ermənilər arasında təhlükəsizlik məsələləri və inteqrasiyanın mexanizmləri müzakirə edilsin. Çox güman ki, Avropa İttifaqının Bakı və Xankəndi arasında müəyyən məsələlərdə iştirakı da mümkündür. Münhendə Paşinyan Qarabağ ermənilərinin Azərbaycanın tərkibində inteqrasiyalarına razılaşıb.
Bundan başqa, görüşdə Zəngəzur dəhlizi, sülh müqaviləsi ilə bağlı mətnin də müzakirəsini düşünürəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31