Xarici ölkələrdə Xocalı soyqırımı qurbanları anılacaq - ÖZƏL

Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Azərbaycandan da kənarda silsilə tədbirlıərin keçirilməsi nəzərdə tutulub. Artıq həftənin əvvəlindən bir sıra ölkələrdə bu kimi tədbirlərə start verilib. "OLAYLAR"-a Avropadakı diaspor təşkilatlarından bildirilib ki, qitənin ayrı-ayrı ölkələrində faicə qurbanları anılacaq, bununla bağlı tədbirlər, dəyirmi masa və konfranslar keçiriləcək.
Niderland Azərbaycan-Türk Kültür Dərnəyi, Benilüks Azərbaycanlıları Konqresi, "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Hollandiya, Yunanıstanda tədbirlər keçirməyi nəzərdə tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31