Düşmən təxribatının arxasında nə dayanır? - ÖZƏL
23 Fevral 2023 15:29 Siyasət"Ötən gün Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin müxtəlif istiqamətlərdən atəşə məruz qalması son günlər rəsmi Bakının Laçın yolunda gömrük və sərhəd postları təşkil ediləcəyi barədə açıqlamasından doğan narahatçılıqdan irəli gəlir. Qarabağda hələ də qalan separatçılar zənn edirlər ki, atəşkəsi pozmaqla Azərbaycanı bu niyyətindən çəkindirə biləcəklər". "OLAYLAR" xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupunun açıqlamasında yer alıb. Analitik Qrup hesab edir ki, Laçın yolunda gömrük postunun qoyulması separatçıların nəfəsliyinin kəsilməsi demək olacaq. Ona görə də atəşkəsi pozmağa başlayıblar: "Ancaq unudurlar ki, heç bir qüvvə Azərbaycanı öz yolundan döndərə bilməz. Bunu etmək Azərbaycanın haqqıdır və Azərbaycan öz ərazisində, öz toprağında istədiyi kimi hərəkət edə bilər. Bunu qəbul etmək istəməyənlər Azərbaycandan gedə bilərlər".
Analitik Qrup hesab edir ki, Laçın yolunda gömrük postunun qoyulması İranı da ciddi narahat etdiyi üçün qeyri-qanuni erməni hərbi birləşmələrini təxribata əl atmağa molla rejimi də təhrik edə bilər: "Çünki belə bur postun qoyulması İrandan Ermənistan silah-sursat, eləcə də narkotik aparmasını əngəlləmiş olacaq".