Xristian dövlətləri erməni terrorunun törətdiyi dəhşətləri unudub Qondarma “Erməni Soyqırımını” tanımağa başladılar - ÖZƏL
23 Fevral 2023 13:17 Siyasət1992-ci ilin fevralında Azərbaycan xalqının başına gətirilən Xocalı faciəsi günümüzdə istənilən xalqın da başına gətirilə bilər. Bu fikirləri "OLAYLAR"-a səsləndirən hüquqşünas Əli İbrahimov deyib ki, çünki Ermənistan kimi terrorçu, vandal ölkə, eləcə də ona dəstək verən dövlətlər hələ də mövcuddur: "Onlar öz terrorçuluq ideyalarını yaymaqla məşğuldur". Hüquqşünas deyib ki, xristian dövlətləri ermeni terrorunun törətdiyi dəhşətləri və bu terrorun qurbanlarını unudub Qondarma "Erməni Soyqırımını" yavaş-yavaş tanımağa başladılar:
"Hətta Fransa kimi humanist ölkə qəti addımlar atdı. Bütün bunlara baxmayaraq bəşəriyyətə bir daha səslənirəm erməninin terrorçu oldugunu unutma, çünki tarix heç nəyi unutmur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31