Vətəndaş Cəmiyyəti İnstitutların səfəri Naxçıvanda yeni mərhələnin başlanğıcından xəbər verir - ÖZƏL
23 Fevral 2023 13:12 SiyasətQeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkənin aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri Naxçıvana səfər ediblər. Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli "Olaylar"a deyib ki, Vətəndaş Cəmiyyəti İnstitutların bu bölgəyə səfəri Naxçıvannda yeni bir mərhələnin başlanğıcından xəbər verir. Artıq Azərbaycanın hər bir bölgəsində QHT sektorunun geniş fəaliyyət göstərməsinin zəruri olduğu bir daha aydın oldu: "Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu" mövzusunda keçirilən konfransda fikir plüralizmi, vətəndaş cəmiyyəti quruculuğu, sosial rifah, sistemli hüquqi islahatlar Ulu Öndərin fəaliyyətinin əsas prioritetlərindən olduğu fikri çıxış edənlər tərəfindən bəyan edildi. "Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu" konfransında maraqlı mülahizələr və təkliflər səsləndirildi. Azərbaycanın hər bir bölgəsi kimi Naxçıvan da bizim üçün son dərəcə doğma məkandır. Naxçıvana səfərimiz çərçivəsində bölgənin ictimai, siyasi, mədəni həyatı ilə tanış olmaq imkanı yarandı. Möminə Xatun türbəsini ziyarət etdik. Xatırladırıq ki, Möminə Xatun türbəsi Naxçıvan şəhərində yerləşən tarix-memarlıq abidəsidir. Türbə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. 1998-ci ildə Möminə Xatun türbəsi digər Naxçıvan türbələri ilə birlikdə UNESCO-nun ehtiyat siyahısına daxil edilmişdir. Möminə Xatun türbəsinin ümumi quruluşu - sərdabə və onbucaqlı şəklində həll olunmuş qüllədən ibarətdir. Türbənin sərdabəsi də planda onbucaqlıdır".