Regionda Azərbaycanın liderliyi ilə yeni geosiyasi nizam yaranır - ÖZƏL

"Regionda Azərbaycanın liderliyi ilə yeni geosiyasi nizam yaranır. Ölkəmizin strateji seçimləri, yanaşması, iradəsi və mövqeyi bəllidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, atdığımız addımlar milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanır, sülhə və təhlükəsizliyə xidmət edir: "Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli mövqeyi qarşıda duran bütün strateji hədəflərə çatmağa imkan verəcək. Ermənistanın və havadarlarının isə yeni reallıqlarla barışaraq konstruktiv mövqe sərgiləməkdən və sülh prosesinə töhfə verməkdən başqa şansları yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31