Deputatımız Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirə qatılacaq
23 Fevral 2023 12:44 SiyasətMilli Məclisin deputatı Nurlan Həsənov Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş anım tədbirində iştirak etmək üçün fevralın 24-də Almaniya Federativ Respublikasının Berlin şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, anım mərasiminin Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilməsi nəzərdə tutulur.
Tədbirdə Azərbaycan həqiqətləri diqqətəçatdırılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş Xocalıqətliamı barədə məlumat veriləcək, faciəni əks etdirən sənədlər təqdim olunacaq. Səfər fevralın 26-da başa çatacaq.