Şahbuza polis rəisi təyin edildi
23 Fevral 2023 12:08 SiyasətNaxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Polis Şöbəsinə rəis təyin edilib.
Olaylar.az APA-ya istinadən bildirir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, polis mayoru Ziyafət Səfərliyə Şahbuz rayon Polis Şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə olunub.
Bu gün Naxçıvan MR daxili işlər naziri Süleyman Nemətov Ziyafət Səfərlini şöbədə təqdim edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Şahbuz Polis Şöbəsinin rəisi Bahadur Əliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31