Rusiya Nazirlər Kabineti Azərbaycanla bağlı sazişi Dumaya təqdim edib

Rusiyanın baş naziri Mixail Mişustin Azərbaycanla pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin Dövlət Dumasına təsdiq üçün təqdim edilməsi haqqında qərar imzalayıb.

Olaylar.az trend-ə istinadən verdiyi məlumata görə, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Qərarda qeyd edilib ki, saziş 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanıb.

Müqavilənin müddəalarına əsasən, pensiya hesablanarkən Azərbaycan vətəndaşlarının Rusiya Federasiyasında işlədiyi müddətdə, Rusiya vətəndaşlarının isə Azərbaycan ərazisində işlədiyi müddətdə qazandıqları əmək stajı hesablanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31