Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqların dondurulmasını qeyri-məhsuldar hesab edir - Zaxarova (YENİLƏNƏCƏK)
22 Fevral 2023 18:45 SiyasətMoskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqların dondurulmasını qeyri-məhsuldar hesab edir
Olaylar.az xəbər verir ki, trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.
"Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin icrası çərçivəsində Rusiya tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına ardıcıl töhfə verib. Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontingenti Xarici İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edir. Nazirlik Laçın yolu ətrafında yaranmış vəziyyətin aradan qaldırılması üçün ciddi səylər göstərir. Ötən il dekabrın 12-dən, vəziyyət nə qədər gərgin olsa da, xeyriyyə təşkilatları ilə birgə rayona 2 ton yarımdan artıq humanitar yük daşınıb. Bölgədə danışıqlar proseslərinin bu bəhanə ilə dondurulmasını qeyri-məhsuldar hesab edirik".