Azərbaycanın antiterror əməliyyatı keçirməsinə zəmin yetişir - ÖZƏL

"Baş verən təxribat Azərbaycanın R.Vardanyanın Qarabağdan çıxarılması tələbinə Rusiyanın cavabıdır.  Rusiyanın nəzarətində olan ərazidən atəşkəsi pozan hərəkətlər edilirsə, burada Rusiyadan başqa kimsəni günahlandırmaq olmaz". Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bu gün Azərbaycan Silahlı Qqüvvələrinin mövqelərinin bir neçə istiqamətdən atəşə məruz qalmasına  münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, Rusiya göstərmək istəyir ki, münaqişə hələ həll edilməyib və mənim burda qalmağıma ehtiyac var: "Bu kimi halların artan xətt üzrə artma ehtimalı var".

Politoloq deyib ki, Aİ missiyasının Qarabağ ərazisinə aidiyyəti yoxdur: "Onlar Azərbaycan-Ermənistan sərhəddində dururlar. Onlar heç bir durumda Qarabağ separatçılarına ümid verə bilməz.  Hesab edirəm ki, sülhməramlı missiyanın müddətinin başa çatmasına kimi bu təxribatların getdikcə artacağı gözləniləndir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanın antiterror əməliyyatı keçirməsinə zəmin artıq yetişir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31