Laçın-Xankəndi yolu ilə bağlı Ermənistanın 7 qətnaməsi rədd edilib

Avronest Parlament Assambleyasının Moldovanın paytaxtı Kişinev şəhərində keçirilən 10-cu sessiyası başa çatıb. Sessiyada Milli Məclisi parlamentin komitə sədri Tahir Mirkişilinin rəhbərliyiilə 6 deputat təmsil edirdi. Milli Məclisdən "Olaylar"a bildirilib ki, 10-cu sessiyanın yekun sənədinə Ermənistan nümayəndə heyəti tərəfindən dəyişikliklər təklifo lunmuşdu. Dəyişikliklər  "Laçın dəhlizinin açılması", "Dağlıq Qarabağın blokadadan çıxarılması", "Azərbaycan Ordusunun Ermənistan ərazisindən çıxarılması", "ATƏT Minsk qrupunun aktivləşdirilməsi" kimi çağırışları əhatə edirdi.

Azərbaycan nümayəndə heyəti üzvlərinin həm ikitərəfligörüşlərdə göstərdikləri səylər, həm də komitə və  plenar iclaslardakı çıxışlarda gətirdikləri arqumentlər nəticəsində Ermənistan nümayəndə heyətinin bütün layihələri Assambleya nümayəndələri tərəfindən rədd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31