Azərbaycan təxribatlara hazır olmalıdır - ÖZƏL
22 Fevral 2023 11:30 SiyasətÖtən gün Azərbaycan Ordusunun mövqeləri nə çox, nə az, düz 15 dəfə atəşə tutulub. Müdafiə Nazirliyinin yaydığı əlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.
"Olaylar"ın məlumatına görə, indiki halda atəşkəsin pozulması Ermənistan tərəfindən qəsdən törədilən təxribat faktıdır: "Avropa İttifaqının "sülh" missiyasının Ermənistanda fəaliyyətə başladığı gün atəşkəsin pozulmasını təsadüfi hesab etmək sadəlövlük olardı. Əslində Ermənistanın bölgəyə belə bir missiyanın gətirməsində məqsədi postmüharibə dövründə əldəı edilmiş bütün razılaşmaların üzərindən xətt çəkməyə hesablanıb. Çox təəssüf ki, Avropa İttifaqının monitorinq missiyası regionda sülh və təhlükəsizliyin təmin edilməsinə deyil, məhz separatizmin yenidən dirçəlməsinə dəstək verir. Məhz bu səbədən Azərbaycanın mövqeyi ondan ibarət olub ki, Avropa İttifaqının sülh missiyası adı altında monitorinq missiyasının Ermənistan ərazisində yerləşdirilməsi sülhə təhdid yaradacaq, gərginliyi daha da artıracaq. Bu isə öz növbəsində beynəlxalq hüququn norma və prinsiplərinə, həm də İkinci Qarabağ müharibəsindən sonra ölkələr arasında imzalanmış bəyanatların qarşıya qoyduğu vəzifələrin icrasına problem yaradır.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulması isə birbaşa Russiyaya qarşı təhdiddir. Heç şübhəsiz ki, Avropa İttifaqı sülh missiyası adı altında Rusiya sülhməramlılarını bölgədən çıxarmaq niyyəti güdür. Baxmayaraq ki, Azərbaycan regionda sülh təşəbbüsçü kimi tanınır və bunun reallaşdırılması istiqamətində əsaslı addımlar atır, Ermənistan tərəfindən belə təxribatlar mütəmadi xarakter alacaq. Odur ki, Azərbaycan Avropa İttifaqının xeyir-duası ilə Ermənistan tərəfindən törədiləcək təxribatlara hazır olmalıdır".