İlham Əliyev Nikol Paşinyanı yenidən rəzil etdi - ÖZƏL
22 Fevral 2023 11:04 Siyasət"Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda Prezident İlham Əliyev çıxışında tutarlı tarixi faktlar, gerçəkliklər və beynəlxalq hüquq əsasında Ermənistanın baş naziri Nikol Paşinyanı yenidən rəzil etdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, dövlət başçımızın dediyi aşağıdakı sözlər təkcə Paşinyanın, Ermənistanın və bütün dünya erməniliyinin deyil, onların havadarlarının da köksünə ox kimi batdı: "Necə ki, biz 28 il gözlədik, onlar da gözləyə bilərlər. Lakin gün gələcək, onlar öz torpaqlarına qayıdacaq, işğalçını vurub çıxaracaq və öz bayraqlarını onlara aid olan bütün tarixi binalara sancacaqlar." Fotoşəkillər də bu rəzilliyə şahidlik edir..."
