Ermənistan dünyanı aldadır - ÖZƏL
22 Fevral 2023 10:12 Siyasət"Ötən ilin dekabrın 12-dən başlayaraq Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Laçın-Xankəndi yolunda həyata keçirdiyi etiraz aksiyası hələ də davam etməkdədir. Ermənilər hazırda dünyanı hər zamanki kimi aldadaraq Laçın- Xankəndi yolunun guya azərbaycanlılar tərəfindən bağlandığını bildirirlər. Lakin Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi elmlər üzrə elmlər doktoru, professor Gülzar İbrahimova səsləndirib. O bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır:
"3 ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir".