Milli Məclisin deputatı Bosniya və Herseqovinada Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirlərə qatılacaq

Milli Məclisin deputatı Müşfiq Cəfərov Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş  tədbirlərdə iştirak etmək üçün fevralın 22-də Bosniya və Herseqovinanın Sarayevo şəhərinə səfər edəcək. 

Olaylar xəbər verir ki, səfər çərçivəsində fevralın 23-də keçiriləcək beynəlxalq konfransda Bosniya və Herseqovinadan olan millət vəkilləri, dövlət rəsmiləri, diplomatik korpusun, QHT və  KİV-lərin, gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər. 

Beynəlxalq konfransda bir daha Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş bu qətliam barədə məlumat veriləcək, faciəni əks etdirən sənədlər təqdim olunacaq.

Beynəlxalq konfransdan sonra Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı surətdə təmir edilmiş "Dostluq parkı"nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunacaq, abidə önünə əklil qoyularaq, faciə qurbanlarının xatirəsi yad ediləcək.
Səfər fevralın 24-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31