Səhiyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 9.5-1-ci bənd əlavə edilir:

"9.5-1. "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, terapevtik istifadəyə icazə, intizam və apellyasiya qurumları yaradır və onların əsasnamələrini təsdiq edir;".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31