Azərbaycan beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib - ÖZƏL
21 Fevral 2023 14:07 Siyasət"Ölkəmiz beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, respublikamızda həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, indiki dinamik inkişafı şərtləndirib". "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən politoloq İman Abduyev deyib ki, Azərbaycan regional və qlobal səviyyədə fəaliyyətini, o cümlədən, beynəlxalq miqyasda əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatların fəal üzvünə çevrildi: "Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyə qayıdışından sonra qarşıya qoyulan prioritet vəzifələrdən biri beynəlxalq təşkilatlarla əlaqələri möhkəmləndirmək və həmin qurumların fəal üzvünə çevrilmək idi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31