Hər bir xalqın kökü ana dilindən başlanır - ÖZƏL

"UNESCO baş konfransının 2000-ci ildə qəbul olunmuş tarixi qərarı ilə 21 fevral Beynəlxalq Ana Dili Günü  elan edilmişdir. Burada əsas məqsəd hər kəsə öz doğma dilini sevmək, onun varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq və inkişaf etdirməkdən ibarətdir". "Olaylar" xəbər verir ki, bunu deyən AMEA-nın müxbir üzvü, professor, fizika riyaziyyat elmləri doktoru Misir Mərdanovun sözlərinə görə, bu tarixi gün doğma Vətənimiz Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir,  təlim-tərbiyə müəssisələrində ana dilinin əhəmiyyətindən, millətin varlığı üçün onun vacibliyindən bəhs edən xüsusi dərslər, tədbirlər, yığıncaqlar keçirilir: "Dünyanın nüfuzlu dilçi alimlərinin qənaətinə görə, dil hər bir millətin maddi və mədəni irsini qoruyan, habelə inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Hər bir xalqın kökü ana dilindən başlanır, odur ki, insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ulu Öndər Heydər Əliyev Sovet İttifaqı dövründə, mərkəzin ciddi müqavimətinə baxmayaraq, respublikamızda Azərbaycan dilinin dövlət dili statusunun 1978-ci il Konstitusiyasında əks olunmasına nail ola bilmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31