İlham Əliyev növbəti dəfə siyasi sabotaj və manipulyasiya cəhdlərinin qarşısını aldı - ÖZƏL
21 Fevral 2023 11:29 Siyasət"Münxen Təhlükəsizlik Konfransının ümumi mənzərəsi Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, Prezident İlham Əliyev konfransda növbəti dəfə siyasi sabotaj və manipulyasiya cəhdlərinin qarşısını aldı: "Bir daha qətiyyətlə bəyan edildi ki, Azərbaycan öz hərbi-siyasi gücü ilə yeni reallıq yaradıb. "Dağlıq Qarabağ" adlı ərazi vahidi yoxdur, Qarabağ və Şərqi Zəngəzur var. Qarabağ aranlı-dağlı Azərbaycanın ərazisidir. Azərbaycan dövləti Qarabağda yaşayan erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin olunması ilə əlaqədar aydın və konkret mövqe ortaya qoyur. Sülh danışıqlarında isə Qarabağ mövzusu yoxdur. Qarabağ Azərbaycanın daxili işidir".