Münhen Təhlükəsizlik Konfransı - ÖZƏL
20 Fevral 2023 12:20 SiyasətRegionda sülhə təhlükənin haradan qaynaqlandığını nümayiş etdirmək baxımından əhəmiyyətli oldu
"Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizliyin qurulması mövzusunda keçirilən plenar iclas regionun real mənzərəsini canlandırmaq və sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində qarşılaşdığımız süni əngəllərin kimlər tərəfindən yaradılması, haradan qaynaqlandığını nümayiş etdirmək istiqamətində əhəmiyyətli tədbir oldu". Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, ölkə rəhbəri cənab İlham Əliyev iclas çərçivəsində moderator Kristian Heusgen "Münxen Təhlükəsizlik Konfransının sədri" tərəfindən Laçın dəhlizi və eko fəallarımızın təşkil etdiyi aksiya ilə bağlı ünvanladığı suala dəqiq faktlar və arqumentlər gətirərək verdiyi cavab, məlum aksiya üzərindən bu zamana qədər istər Ermənistan, istərsə də Fransa dövləti tərəfindən səsləndirilən əsasız iddiaları bir daha fiyaskoya uğratdı: "Digər tərəfdən cənab prezidentin həmin mövzu üzərindən Ruben Vardanyan haqda səsləndirdiyi fikirlər, əslində Nikol Paşiniyan üçün də arzu olunan idi. Çünki Paşiniyan Rusiyanın Vardanyan üzərindən ölkəsi üçün qurduğu planları bilir və həmin şəxsin bölgədən uzaqlaşdırılmasında ən azı bizim qədər maraqlıdır. Həmçinin ölkə başçısının Azərbaycanın mövqeyini qəti şəkildə nümayiş etdirməsi İrəvan rəhbərliyi üçün kompromisə gedib məsələni 10 Noyabr bəyanatının müddəaları çərçivəsində həll etməkdən başqa yol olmadığını aydınlaşdırdı. Ümid edirəm ki, Ermənistan rəhbərliyi bir daha regiona sülhün və dayanıqlı inkişafın Azərbaycanla münasibətlərin normallaşmasından aslı olduğunu anlamışdır".