Ölkənin inzibati-ərazi quruluşunda dəyişiklik etmək dövlətin suveren hüququdur
20 Fevral 2023 11:46 Siyasət"Paşinyan deyir ki, üçtərəfli müqavilədə "Dağlıq Qarabaq" yazılıb. Yazılıb-yazılıb da. Ölkənin inzibati-ərazi quruluşunda dəyişiklik etmək, yeni inzibati-ərazi vahidləri yaratmaq, mövcud olan inzibati-ərazi vahidlərini ləğv etmək dövlətin suveren hüququdur". "Olaylar" xəbər verir ki, bunu deyən Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, əvvəl belə inzibati ərazi vahidi olub, indi yoxdu. Olmayacaq da: "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Qanunda birbaşa göstərilib ki, "Azərbaycan Respublikasının bütün ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir".