Sülh müqaviləsinin bağlanması nə Moskvada, nə də Vaşinqtonda baş tutacaq - ÖZƏL

"Münhen Təhlükəsizlik Konfransında Azərbaycanla Ermənistan arasında Cənubi Qafqaz panelinin təşkil edilməsi Vaşinqtonun dəstəyi ilə reallaşdı. Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına gəldikdə müsbət irəliləyişlər mümkündür". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, digər ölkələr arasında görüşlər keçirilsə də Bakı və Yerevan arasında birbaşa təmas var: "Prosesi Ankara kurasiya edir və sülh müqaviləsinin bağlanması nə Moskvada, nə də Vaşinqtonda baş tutacaq. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə aktiv danışıqlar üçün Tiflis seçilib. Ermənistan və Azərbaycan Rusiyanın vasitəçiliyini qəbul etmir. Fransa sülhə mane olur. Vaşinqton obyektiv yanaşma ortaya qoysa da tam mövqe ortaya qoymur. Ona görə də prezident İlham Əliyevin məhz siyasi iradəsi ilə Ermənistan Baş naziri Nikol Paşinyanla birbaşa təmaslar əsasında sülh mümkündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31