Pinhas Qoldşmit: Azərbaycanda müxtəlif dinlərin nümayəndələri üçün yaradılmış şərait digər ölkələrə nümunədir
17 Fevral 2023 23:57 SiyasətAzərbaycanda müxtəlif dinlərin nümayəndələri, o cümlədən yəhudi icması üçün yaradılmış şərait digər ölkələrə nümunədir.
Olaylar.az xəbər verir ki, bu barədə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit Münxendə Prezident İlham Əliyevlə görüşündə bildirib.
O, Quba rayonuna səfər etdiyini və burada yəhudi icmasının yaşayış şəraiti ilə tanış olduğunu vurğulayıb, orada 13 sinaqoqun fəaliyyət göstərməsinin onda dərin təəssürat yaratdığını deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31