“QARDAŞ KÖMƏYİ” PLATFORMASI TÜRKİYƏYƏ YENƏ YARDIM GÖNDƏRDİ - FOTO

Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım  məqsədilə yaradılmış  "Qardaş Köməyi" platforması fəaliyyətini davam etdirir.

ONNmedia Platformanın  rəhbəri Rəşad Cabirliyə  istinadən xəbər  verir ki, bu gün "Qardaş Köməyi" platforması üzərindən icra hakimiyyətləri tərəfindən təqdim edilən 11 tır, 26 konteyner Türkiyəyə yola salınıb.

Yolasalma tədbirində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak etmişdir.

Xatırladaq ki, özündə çoxsaylı təşkilatı birləşdirən "Qardaş Köməyi" platforması Bakıda təsis edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31