Artıq pul varsa, əhaliyə paylayın - Deputatdan çağırış

Dövlət Sosial Müdafiə Fondunda (DSMF), İşsizlikdən Sığorta Fondunda artıq vəsait varsa, əhaliyə paylasın.

Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib.
 
"Bu gün DSMF-nin investisiya kimi qoyduğu vəsait sabah bata bilər. Ümumiyyətlə, DSMF-də, İşsizlikdən Sığorta Fondunda artıq pul varsa, əhaliyə versin. Biz müharibədən təzə çıxmış ölkəyik, nə qədər müharibədə əlil olmuş insanlarımız var. Artıq vəsait onlara verilməlidir. Eyni zamanda bilirik ki, inflyasiya baş alıb gedir, əhali dolanışığını təmin edə bilmir. Ona görə də vəsaitlər pensiyaların artırılmasına, ehtiyacı olanlara sərf olunmalıdır. Artıq vəsaiti investisiya kimi qoymağa ehtiyac yoxdur",- deyə deputat çıxışında vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31