Münhen Təhlükəsizlik Konfransının mahiyyəti nədən ibarətdir? - ÖZƏL

"Münhen Təhlükəsizlik Konfransının keçirilməsinin mahiyyətini dünya təhlükəsizliyinin qorunması üçün atılan və atılacaq addımların müzakirəsi, vacib qərarların alınması təşkil edir. Bu konfransda iştirak etməyən ölkə dünya təhlükəsizliyini təhdid edən ölkələr kateqoriyasına aid edilir. Həmin ölkələrə qarşı atılacaq addımlar qərarlaşdırılır. Dünya düzəninin qorunmasının prinsipləri barədə diskussiyalar aparılır. Ölkələr  bu prinsipləri necə gördükləri barədə fikirlərini elan edib digər ölkələri xəbərdar edirlər". 

Bu fikirləri "OLAYLAR"-a səsləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki,   dünya təhlükəsizliyi prinsiplərindən çıxış edərək, Cənubi Qafqaz regionunda sülh yaradılması baxımından region ölkələri üzərində diqqətin cəmləşdiyi bir vaxtda Azərbaycan və Ermənistan arasındakə sülh prosesinə tərəflərdən heç biri mane olan ölkə kimi getmək istəmir: "Azərbaycan sülh təklifini irəli sürür, Ermənistan buna razı olduğunu və Azərbaycanın razı olmayacağını bildiyi halda, Qarabağ erməniləri ilə əlaqəli bəndlərin əlavə edilməsi şərti ilə razı olduğunu bəyan edir. Rusiya bu prosesdə aktivlik göstərməklə Ukraynada törətdiklərindən sonra sülhə töhfə verən tərəf kimi görüntü sərgiləməyə çalışmaqla öz işğalçı imicini dəyişməyi planlaşdıraraq həm Ermənistan, həm də Azərbaycan üzərində söz sahibi olduğu mesajını vermək istəyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31