Brüssel və Vaşinqtonun vasitəçiliyinə ümid azalır-Moskva yenidən fəallaşıb - ÖZƏL

"Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin bağlanması yaxın altı ayda gözlənilmir". "Olaylar" ın məlumatına görə, bunu deyən MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gündəliyi Bakı və Yerevan arasında davam edir: "Avropa İttifaqının prezident Şarl Mişelin vasitəçiliyi məhz Fransanın birbaşa müdaxiləsi ilə fiaskoya uğradı. Avropa İttifaqı iki ölkə arasında normallaşma prosesinə zidd olaraq Fransa jandarmalarının iştirakı ilə Azərbaycanla Ermənistan sərhəddi boyu uzun müddətli müşahidə missiyası göndərir. Bundan sonra Brüsselin vasitəçiliyinə ehtiyac yoxdur. Bu proses Brüsselin Ermənistanda Rusiyanın geosiyasi mövqelərinə zərbə kimi nəzərdə tutulsa da proses Azərbaycana qarşıdır. ABŞ dövlət katibi E. Blinkenin bütün cəhdlərinə baxmayaraq Vaşinqton gündəliyi də yerində sayır. Bundan istifadə edən Moskva yenidən fəallaşıb. Azərbaycan Brüsselin və Vaşinqtonun vasitəçiliyinə ümid və etimad edirdi. Amma, Ermənistanın xətrinə dəyməmək üçün prosesi Rusiyanın Ermənistanda zəifləməsi istiqamətində aparmağa başladılar".
Onun sözlərinə görə, Kreml Azərbaycan və Ermənistan arasında yenidən XİN səviyyədə görüşün keçirilməsində maraqlıdır: "Prezident İlham Əliyev Vladimir Putinə zəng etdi. Kremlin R.Vardanyanı və A. Arutunyanı təlimatlandıraraq Xankəndinə göndərməsi fonunda bu telefon danışığı baş tutdu. Görünür, prezident bununla bağlı birbaşa narazılığını V. Putinə bildirib. Çünki, Moskvanın vasitəçilik missiyası həyata keçirdiyi proseslərə uyğun deyil. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması isə, altı ay ərzində mümkün görünmür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31