Almaniya polisləri Ermənistan-Azərbaycan sərhədində patrul xidməti həyata keçirəcək

Almaniyadan 15 polis əməkdaşı Ermənistan və Azərbaycan arasında atəşkəsin qorunması üzrə beynəlxalq missiyada iştirak edəcək, silahsız hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan tərəfdən sərhəddə patrul xidməti həyata keçirəcək.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt deyib.

"Federal Nazirlər Kabineti Almaniyanın Azərbaycanla beynəlxalq sərhəddə Aİ-nin Ermənistandakı yeni missiyasında (EUMA) iştirak etməsi barədə qərar qəbul edib", - deyə, o bildirib.

O, EUMA missiyasında "maksimum" 15 alman hüquq-mühafizə orqanı əməkdaşının iştirak edəcəyini və Avropanın müxtəlif ölkələrindən iştirak edən polis əməkdaşlarının ümumi sayının 100 nəfər olacağını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31