Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır - ÖZƏL
13 Fevral 2023 15:01 Siyasət"Dəhşətli faciə hamımızı üzsə də Azərbaycan hər zaman olduğu kimi, zəlzələnin ilk saatlarından qardaş Türkiyənin yanında olduğunu əməli fəaliyyəti ilə təsdiqləyib, öz dəstəyini, öz həmrəyliyini nümayiş etdirib". "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən ictimai fəal "El Gücü" Beynəlxalq Humanitar Assosasiyası İctimai Birliyinin təmsilçisi Arzu Əliyeva deyib ki, bu acı faciənin fəsadlarının tezliklə aradan qaldırılmasını özünün şərəf işi, qardaşlıq borcu adlandırıb: "Qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq".