Zəlzələdən zərər çəkənlərə humanitar yardım Mehriban xanım Əliyevanın xüsusi nəzarətindədir - ÖZƏL
13 Fevral 2023 12:47 Siyasət"Qardaş ölkədə baş verən təbii fəlakətin fəsadlarının aradan qaldırılması işinə dəstəyin verilməsi, humanitar yardımların davamlı olaraq həyata keçirilməsi ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi nəzarətindədir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Cavid Osmanovun sözlərinə görə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımında da ölkələrimizin və xalqlarımızın dost-qardaş olduqlarını vurğulayaraq bu münasibətlərin sarsılmazlığına diqqət çəkib: "Mehriban xanım Əliyeva paylaşımında qeyd edib ki, birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Xalqımız qardaş ölkədə baş verən faciəyə böyük acı ilə yanaşdı və təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün öz mütəşəkkil dəstəyini göstərdi".