Prezident: Mingəçeviri Azərbaycanın və Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olub
13 Fevral 2023 11:27 SiyasətMingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olub.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulub. Böyük stansiyanın birinci bloku 1981-ci ildə Heydər Əliyevin şəxsi iştirakı ilə açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31