Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçuları təltif edilib
13 Fevral 2023 11:11 SiyasətAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçularının təltif edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Olaylar.az xəbər veri ki, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı dövlət qulluqçuları "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif ediliblər:
Allahverdiyeva Amaliya Kərim qızı
İsmayılova Ruhiyyə Həsən qızı
Məmmədova Elnara Xasay qızı
Rüstəmov Rövşən Rüstəm oğlu
Valehov Ceyhun Ağanəzər oğlu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31