Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına rəsmi səfərə gəlib

 

 

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətiRusiya Federasiyasına rəsmi səfərə gəlib. MM-dən "Olaylar"a bildirilib ki, nümayəndə heyətinin tərkibinəMilli Məclisin sədr müavini Adil Əliyev, parlamentin komitə sədrləri Ziyafət Əsgərov, Bəxtiyar Əliyev, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, qrupun üzvləri Sevinc Hüseynova, Əminə Ağazadə, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevvə digər rəsmi şəxslər daxildirlər. Moskvanın  "Vnukovo 2" hava limanında nümayəndə heyətini Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədr müavini AlekseyQardeyev,Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğluvə  digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının və Federasiya Şurasının sədrləri ilə görüşləri gözlənilir.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31